"Huawei"dən "Apple"ə zərbə - Dünyanın ikinci böyük ağıllı telefon istehsalçısı...

2019-cu ilin ilk rübündə satışlarını artıran "Huawei" şirkəti "Apple"i keçərək dünyanın ikinci böyük ağıllı telefon istehsalçısı olub.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Çinin telekomunikasiya avadanlıqları nəhəngi "Huawei Technologies" "Samsung"dan sonra dünyanın ikinci böyük ağıllı telefon istehsalçısı mövqeyinə yüksəlib.

Belə ki, şirkət ağıllı telefon satışlarını 50,3 faiz artıraraq 59,1 milyon ədədə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə