SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, MG brendinin baş direktoru Çjou Yanq bildirib ki, MG 2025-ci ildə iki yeni model təqdim etməyi planlaşdırır: kompakt elektrik sedan və böyük hibrid krossover.
Bu modellərin qlobal satışa çıxarılması ilə bağlı təfərrüatlar hələ təsdiqlənməyib, lakin MG yaxın aylarda Avstraliya bazarı üçün 7 yerlik hibrid yolsuzluq avtomobili MG QS-ni də təqdim etməyi planlaşdırır.
Bütün avtomobillər brendin “daha az britaniyalı, daha çox çinli” prinsipinə əməl edən yeni dizayn üslubunda hazırlanacaq.
MG portfelinə artıq EXE181 elektrik hiperkarı, Cyberster rodster, MG5, MG6, MG5 Scorpio, MG7 sedanları, MG4 EV hetçbek və MG One, MG ZS, MG ES5 krossoverləri kimi modellər daxildir.
MG modellərinin əksəriyyəti Rusiyada rəsmi olaraq təqdim olunur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə