Tviter istifadəçiləri linklərə, şəkillərə və üçüncü tərəf proqramlarına daxil olmaqda müxtəlif problemlər yaşayırdılar. Bu məsələ ilə bağlı Tviter-in sahibi İlon Mask açıqlama verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mask sosial media hesabında tviter-in tətbiq proqramlaşdırma interfeysində (API) kiçik bir dəyişikliyin problemə səbəb olduğunu bildirib.
"Kod yığını heç bir səbəb olmadan son dərəcə kövrəkdir. Nəhayət, onun tam yenidən yazılması tələb olunacaq", - deyə, Mask bildirib.
"Downdetector" məlumatlarına görə, bütün dünyada istifadəçilər Nyu-York vaxtı ilə saat 11.30 radələrində tviter-ə daxil olmaqda çətinlik çəkdiklərini bildirməyə başlayıblar. Sosial media platformasında bir çox istifadəçi bağlantılar, şəkillər və üçüncü tərəf proqramları ilə bağlı problemlərin olduğunu bildirib. Tvitter Dəstək hesabından mövzu ilə bağlı yazıda bəzi hissələrin gözlənildiyi kimi işləməyə biləcəyini ifadə edərək, "Bəzi gözlənilməz nəticələrlə daxili dəyişiklik etdik. Hazırda bu məsələ üzərində işləyirik və düzələndə bir yeniləmə göndərəcəyik" ifadəsindən istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB