"Youtube" kanalları niyə bağlanır? - ARAŞDIRMA

"Youtube" istifadəçilərinə öz videolarını yükləmək və digər istifadəçilər tərəfindən yüklənmiş videoları izləmək imkanı verən sosial şəbəkədir. Bəs, "Youtube" də istifadə qaydası necədir? Platformanın tarixi nəyə əsaslanır? "Youtube" kanalı hansı hallarda bağlana bilər? Buradan pul qazanmaq necə mümkündür?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Videolara baxmaqla yanaşı, insanlarla qarşılıqlı əlaqəni maksimum dərəcədə artıran məşhur "YouTube" sosial şəbəkəsi 2005-ci ildə ABŞ-da Chad Hurley, Steve Chen və Jawed Karim adlı 3 keçmiş Paypal işçisi tərəfindən təsis edilib.

Hurley və Chen-in dediyinə görə, platforma bunun Çenin mənzilində axşam yeməyindən sonra video paylaşımı ilə bağlı problemlərə görə meydana gəldiyini iddia edir, Karim isə "YouTube" ideyasının Janet Ceksonun canlı yayım qəzasından və 2004-cü ildə Hind okeanında baş verən zəlzələdən sonra gəldiyini bildirir.

"YouTube"un yaranması 2005-ci ilin fevralında "YouTube.com" domen adının alınması və istifadəyə verilməsi ilə başlayır. Bu yolla saytın yaradıcılarından biri olan Jawed Karim “San Diego Zoopark”dan "Youtube"a video yükləyir.

"YouTube"a yüklənən ilk videonun adı: "Zooparkda mən" adlanır. Video 19 saniyə uzunluğunda və aşağı rezolyusiyaya malik olsa da, "YouTube" əfsanəsini başlatan ilk məzmun olduğu üçün xüsusi əhəmiyyətə malikdir.

İlk videonun "YouTube"a yüklənməsindən təxminən 1,5 il sonra, 9 oktyabr 2006-cı ildə "YouTube" "Google" tərəfindən düz 1,65 milyard dollara alınıb. Bu, "Google" tarixindəki ən böyük satınalmalardan biridir. Bu baxımdan "YouTube"un sosial şəbəkələr tarixində xüsusi yeri olduğunu söyləyə bilərik.

Həmin il "YouTube"da HTML kodu işlənib hazırlanaraq istifadəçilərə bəzi rahatlıqlar təmin edilib. Bunlardan biri də istifadəçilərin “YouTube”a yüklənən videolara yazdığı şərhlərin silinməsidir. "YouTube" bu imkanı məzmun istehsalçılarına verib. Avqust ayında videoları bildirmək funksiyası hazırlanıb. Beləliklə, qarşılıqlı əlaqə bütün aspektləri ilə təmin olunmağa çalışılıb. Bunlara əlavə olaraq, oxşar məzmunlu videolara girişi asanlaşdırmaq üçün "Kanallar" funksiyası hazırlanıb.

2007-ci ilin yanvarına qədər "YouTube"un "Google" tərəfindən alınmasının üstünlükləri ortaya çıxmağa başladı.

Sponsorlu video

2009-cu ildən əvvəl YouTube-da biznesləri maraqlandıran bir inkişaf var idi və "Sponsorlu Video" funksiyası təqdim edildi. Aprel ayında ən qədim elektron mükafatlardan biri olan “The Peadbody Award”ı qazanan "YouTube" bununla da yüksəlişini davam etdirdi.

İstifadəçi sayını sürətlə artıran YouTube, 2010-cu ilin aprelində gündə 2 milyard baxışa çatdı.

2011-ci ilin yanvar ayında YouTube sosial media analizi ilə seçilən Fflick adlı platformanı satın aldı və aprel ayından müəllif hüquqları üzərində işləməyə başladı. Daha sonra "Youtube Müəllif Hüquqları Məktəbi" funksiyası elan edildi. Beləliklə, müəllif hüquqlarını pozan istifadəçilərə onlayn təlimlərin keçirildiyi virtual kursu tamamlamaq məcburi oldu.

2013-cü ilə daxil olanda daşlar YouTube-da möhkəm oturmuşdu. Bunu rəqəmlərlə də görmək mümkündür. Hər dəqiqə yüklənən videonun müddətinin 100 saata çatdığı, aylıq ziyarətçi sayının isə 1 milyardı ötdüyü platforma çevrilən YouTube, dünyada və Türkiyədə ən çox istifadə edilən sosial şəbəkələr sırasında ilk 5-ə daxil olmağı bacardı.

YouTube təkcə biznesləri və ya yetkin istifadəçiləri nəzərdə tutmur. Uşaqlar üçün olan YouTube böyüklər qədər vacibdir. Bu məqsədlə YouTube 2015-ci ilin fevral ayında uşaqlar üçün xüsusi proqram (Youtube Kids) hazırlayıb və onu Google Play və APP Store-da dərc edib.

"YouTube" hesabı silinsə nə olar?

Bunun qarşısını almaq üçün kanalınızdakı məzmunu müvəqqəti olaraq gizlətməyi və ya kanalınızı həmişəlik silməyi seçə bilərsiniz. "YouTube" kanalı silindikdə, bütün yazılarınız, şərhləriniz və cavablarınız həmişəlik silinir.

"Youtube" kanalımız necə bağlana bilər?

Müxtəlif məzmun növləri üzrə Xidmət Şərtlərinin pozulması (məsələn, təhqiramiz, nifrət dolu videolar və ya şərhlər; dağıdıcı və təhqiramiz davranış, spam və ya pornoqrafiya) "Youtube" kanalımızın bağlanmasına səbəb ola bilər.

"Youtube" hesabımızı necə silə bilərik?

- Etməli olduğunuz ilk şey brauzerinizdən hesabınıza daxil olmaqdır.
- Daxil olduqdan sonra Ətraflı Parametrlər düyməsinə klikləyin.
- Siz səhifənin aşağı sağ hissəsində Kanalı/Hesabı Sil mətnini görəcəksiniz.
- Bu seçimi basın.
- Sonra açılan səhifəyə parolunuzu daxil edin.

"Youtube" hesabını necə geri qaytarmaq olar?

- "Google" Hesabınıza keçin.
- Təhlükəsizlik düyməsini basın.
- "Google-a daxil olun" bölməsində bərpa seçimləri əlavə etməklə gələcəkdə hesabınıza asanlıqla daxil ola bilərsiniz.

"YouTube" baxışlarının pulu nə qədərdir?
Yaradıcılıq və populyarlıqlarından asılı olaraq hər min baxış üçün orta hesabla 2-11 dollardır.

Mediamark Digital agentliyinin Bakı ofisinin rəhbəri Gülşən Musayeva: " "YouTube"da, etibarlı və dinamik bir icma anlayışının qorunması çox vacibdir. Bu baxımdan, burada icazə verilməyən məzmunları müəyyən edən İcma Qaydaları mövcuddur. Əgər Youtube istifadəçisi bu qaydalara əməl etməsə, kanal və ya hesab Youtube şirkəti tərəfindən bağlanır. Məsələn, nifrət və ya təhqiredici məzmuna malik videonun yerləşdirilməsi və ya şərh yazılması, digər istifadəçiləri təhqir etmək, spam və ya pornoqrafiya, şiddətə təşviq, müəllif hüquqlarının pozulması kimi səbəblər kanalın bağlanmasına gətirib çıxara bilər. Kanal bağlandıqda, kanal sahibi bağlanmanın səbəbini izah edən e-mail alar.

YouTube heç bir istifadəçisini lazımsız yerə itirmək istəməz. Hesabınız bağlanıbsa, bunun üçün əsaslı səbəblər var. Ancaq istifadəçi Youtube kanalındakı fəaliyyətindən əmindirsə və bunun səhv olduğunu düşünürsə, hesabı yenidən geri qaytarmaq üçün bir neçə üsullarda istifadə edə bilər.
Öncəliklə kanalınızın və ya hesabınızı yanlışlıq bağlandığını düşünürsünüzsə, bu formu dolduraraq etiraz edə bilərsiniz:

https://support.google.com/accounts/contact/suspended?p=youtube&visit_id=638131758008 742604-3930462592&rd=1

Forumda * ilə işarələnmiş bütün tələb olunan sahələri doldurmalısınız. Bütün bölmələri tamamladıqdan sonra hesabınızın səhvən bağlanmasının səbəbini formun aşağısında yerləşən mesaj qutusunda izah edilməlidir.

Hesaba yenidən giriş edə bilmək üçün bu bölmələri tamamladıqdan sonra hesabınızın səhvən bağlanmasının səbəbini aşağıda yerləşən mesaj qutusunda izah edin. Buradakı izahınızın tamamilə şəffaf olmasıdır.

Hesabınıza təkrar giriş əldə etmək üçün son dərəcədə kritikdir.

Qeyd edim ki, bəzən istifadəçilər düşünür ki, birdən çox etiraz sorğusunun göndərilməsi kanalın açılmasına yardımçı ola bilər. Lakin bu belə deyil. Çoxsaylı sorğular nəzərdən keçiriləcək məzmunların sayını artırır və Youtube tərfindən sizə gec cavab yazılmasına səbəb olur.

Əgər adi bir vətədaş müəllif hüquqlarına zidd olan bir video məzmun aşkar edərsə bu zaman həmin kanalın bağlanması üçün həm Youtuba-a, həm də kanal sahibinə etiraz məktubu göndərə bilər".

SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov: "Əgər idarə etdiyimiz "Youtube" kanalında hər gün, yaxud vaxtaşırı videolar yükləyiriksə bu doğru deyil. Youtube-nin qoyduğu müəyyən şərtlər var ki, onlara mütləq əməl etməliyik. Bu qaydalara əməl etməsən, Youtube mənfi halları aşkarlayaraq kanalı bağlayır və elektron poçt ünvanımıza xəbərdarlıq göndərir ki, qeyd olunan yollardan birini seçin.

Kanalımızın bağlanma səbəblərinə bunlar daxildir:

- əsas səbəblərdən biri videolarda təhqirə çox yer verməməli

- insanları istismar edici yaxud onları şiddətə yönləndirici məzmunlar

- saxta vədlərlə bağlı formatlar

- uyğunsuz saytlara yönləndirmələr

- pornoqrafiya

Bunlar aşkarlanan kimi "Youtube" kanalımız bağlanır. Lakin, bunlardan başqa ikinci bir səbəb də var. Bu, əsasən də oyun videoları çəkən "Youtuber"lərin başına gələn müəllif hüquqları məsələsidir. Çünki "Youtube"də hər videoya istədiyimiz mahnını əlavə edə bilmirik. Bu halı dəfələrlə təkrarlasaq kanallarımız bağlana bilər. Bu müəllif hüquqlarının pozulmasıdır. Bunun üçün müəyyən saytlar var və oraya abunə olaraq videlarımıza musiqilər tapa bilərik. Çünki həmin musiqi müəlliflərinin "Youtube" ilə əməkdaşlığı olur. Bu halla şikayət edilmək avtomatik da ola bilər, yaxud musiqi sahibi insan videonu görüb sildirə bilər. Bu kanalı bağlamır, sadəcə videonu silir. Bu hal dəfələrlə təkrarlansa, bəli, kanal silinəcək.

Bu hallar baş verən zaman müraciət edəcəyimiz tək məkan "Youtube" şirkətinin özüdür. Düzdür, bu işin mütəxəssisləri də var. Amma onlar özləri də "Youtube"a müraciət edir. Mütəxəssislərin üstünlüyü odur ki, bizə kanalı geri qaytarmaq üçün forumlar verilir. Hesabımız bağlanıbsa, biz o forumlarla "Youtube"a müraciət edirik. O forumları əksiksiz şəkildə doldurub "Youtube"a göndəririk. Əgər doğrudan da pozuntulara yol açmamışıqsa, kanalımız açılacaq. Amma pozuntular həqiqətən varsa, müəllif hüquqlarını təkrar-təkrar pozmuşuqsa, artıq kanalı geri qaytarmaq mümkün olmur. Bu forumları dəqqi dolduqmaq çox vacibdir. Biz ard-arda forum göndərsək, ona baxılma vaxtı da uzanır. Bu da yaxşı deyil. Çünki ard-arda göndərilən form əksik sayılır. Bu zaman da "Youtube" bizi ciddiyə almır və bizi güvənilməz edir.

"Youtube" hər kanal üçün eyni şərtləri qoyur. Əgər biz sadə bir insan kimi böyük bir "Youtube" kanalını bağlatdıra bilərik. Bəs, bu necə olur? Əgər həmin şəxs müəllifi mənim olduğum musiqi ilə video paylaşırsa, mən "Youtube"a müraciət edib həmin videonu sildirə bilərəm. Əgər pornoqrafiya, təcavüz, şiddət və s. kimi mənfi hallara yol verən ən böyük "Youtube" kanalı belə bu səbəblərdən şikayət olunaraq silinə bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə