“Whatsapp”da tezliklə yeni funksiya yaradılacaq

Populyar “WhatsApp” messencerində tezliklə yeni funksiya yaradılacaq. SİA-nın xarici KİV-ə istinadən məlumatına görə, messencer istifadəçiləri indi mesajları sancmaq imkanı əldə edəcəklər. Bu yeni funksiya Android cihazları üçün “WhatsApp”ın beta 2.23.3.17 versiyasında görülüb. Yeni funksiya istifadəçilərə mətndə istədikləri məlumatı tez və asanlıqla seçməyə imkan verəcək.

Yenilik şəxsi mesajlarda və qrup çatlarında işləyəcək.

Funksiyanın kütləvi istifadəyə veriləcəyi dəqiq vaxt barədə heç nə məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə