“Instagram”a yeni özəllik əlavə edildi - DİQQƏT!

"Instagram”a yeni özəllik əlavə edilib. SİA xəbər verir ki, yeni özəlliklə eyni anda iki profil şəkli istifadə etmək mümkündür.

Belə ki, artıq profil fotoşəkili xüsusiyyəti eyni anda şəklinizi və avatarınızı göstərməyə imkan verir. Profil şəklinə dəyişdirilə bilən avatar əlavə etmək üçün "Profili redaktə et" bölməsinə daxil olmalısınız. Avatarınızı əlavə etdikdən sonra profil şəklinin dinamik dəyişdirilməsi seçimi avtomatik olaraq aktivləşdirilir. Bununla artıq istəyənlər profil şəklinizə toxunaraq avatarınızı görə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə