"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ

Bütün dünyada populyarlıq qazanan "WhatsApp" özü ilə təhlükəsizlik problemlərini də gətirir. Şirkət tətbiqi istifadəçilər üçün daha təhlükəsiz və mütəşəkkil saxlamaq üçün bir sıra yeniliklər həyata keçirir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu qaydalara əməl etməyənlər "WhatsApp”da bir müddət, hətta həmişəlik qadağan edilə bilər. "WhatsApp"da qadağan olunmağınıza səbəb ola biləcək hərəkətlər bunlardır:

Qeyri-rəsmi "WhatsApp" proqramlarından istifadə

Tətbiq mağazalarında üçüncü tərəf tərtibatçıları tərəfindən dərc edilən qeyri-rəsmi "WhatsApp" proqramları son vaxtlar kifayət qədər geniş yayılmışdır. GB WhatsApp, WhatsApp Plus, WhatsApp Go, WhatsApp Prime və OG WhatsApp kimi proqramlar bunlar arasındadır. Bu kimi qeyri-rəsmi proqramlardan istifadə etməklə daimi olaraq qadağan oluna bilərsiniz.

Spam mesajlar

Siz "WhatsApp"da digər şəxsə təhqiredici və istənməyən mesajlar göndərməməlisiniz. Bu halda, hesabınız bildirilərsə, "WhatsApp' komandası ən son 5 mesajı nəzərdən keçirəcək. Buna uyğun olaraq eyni səbəbdən birdən çox şikayət edilirsə və tətbiq siyasətlərinin pozulduğu görülərsə, hesabınız daimi olaraq bloklana bilər. Spam mesajlar "WhatsApp'da eyni mesajın birdən çox şəxsə göndərilməsi spam adlanır. Bu, bəzən reklam üçün edilsə də, digər istifadəçi bu vəziyyətdən narahat ola bilər.

Təhdidlər və ayrı-seçkilik

"WhatsApp"da digər şəxsə təhdid mesajı göndərməməli və din, dil, irq və cinsinə görə ayrı-seçkilik etməməlisiniz. Bu halda hesabınıza baxış keçirilə və lazım gələrsə, sizə həmişəlik qadağa qoyula bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə