ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən 1984-cü ildə kosmosa buraxılan radiasiya peyki ERBS yenidən atmosferə daxil oldu.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, atmosferdəki dəyişiklikləri müşahidə edən və ölçən peyk 2005-ci ildə missiyasını başa vuraraq kosmik tullantıya çevrilib. Peykin Berinq dənizi üzərindən yenidən Yerin atmosferinə daxil olduğunu açıqlayıb.
ERBS peyki insan fəaliyyətinin Yerin radiasiya balansı üzərindəki təsirinin ölçülməsində mühüm rol oynamışdır.
Peyk həmçinin Yerin Günəşdən udduğu və ya əks etdirdiyi enerji miqdarı arasındakı tarazlığı araşdırmaq üçün istifadə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB