“Apple” təcili peyk rabitəsinin qiyməti AÇIQLANDI

“iPhone 14” seriyasında təklif olunan təcili peyk bağlantısı üçün “Apple” yeni funksiyanı istifadəyə versə də, qiyməti açıqlanmamışdı. SİA xarici KİV-ə istinadən xəbər verir ki, şirkət təcili peyk rabitəsinin dəyəri aylıq 5-10 dollar arasında olacağını bildirib.

Məlumata görə, “iPhone 14” alındıqdan sonra istifadəçilər 2 il ərzində bu funksiyadan pulsuz istifadə edə biləcək.

Qeyd edək ki, daha əvvəl “Garmin” şirkəti “InReach” adlı oxşar ünsiyyət şəbəkəsini təqdim etmişdi. Bu funksiyaya abunəlik qiymət 14,95 dollar dəyərində idi. Bu özəllikdə istifadəçinin istənilən sayda təcili zəng etmə imkanı var. “Apple”də isə zənglərin sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə