"Whatsapp" hamının gözlədiyi funksiya

"Whatsapp" növbəti özəlliyini təqdim etməyə hazırlaşır. SİA-nın xəbərinə görə, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, bildirilib ki, yaxın vaxtlarda "messenger"in tək baxışlı mesajlar funksiyası istifadəyə veriləcək. Bu yenilikdə göndəriləcək mətnli mesajlar, fotolar və ya videolara yalnız bir dəfə baxmaq mümkün olacaq. Bundan əlavə, qarşı tərəf ona göndərilən mesajları yadda saxlamaq, başqa birinə göndərmək və ya onun fotosunu çəkə bilməyəcək.

Qeyd edək ki, hazırda həmin funksiya "Android" əməliyyat sistemi ilə çalışan cihazlarda test edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə