Rusiya hərbi peykini orbitə göndərdi

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun istifadəsi üçün daha bir peyki orbitə çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk Kosmik Bazasından “Soyuz 2.1b” raketi ilə buraxılan "Kosmos-2564" adlı peykin uğurla orbitə çıxarıldığı bildirilib.

Nazirlikdən verilən açıqlamada yazılır: "Kosmik gəmi nəzərdə tutulan vaxtda Aviasiya və Kosmik Qüvvələrin nəzarətinə keçib".

Qeyd edək ki, Rusiya bundan əvvəl noyabrın 2-də Plesetsk Kosmik Bazasından hərbi peykini kosmosa göndərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə