“Tesla” 300 mindən çox avtomobili geri çağırır

Elektrikli avtomobil istehsalçısı “Tesla” ABŞ-da təxminən 321 min avtomobili geri çağırır.

SİA-nın əldə etdiyi məlumata görə, buna səbəb avtomobillərin arxa işıqlarının işləməməsi ilə bağlı müştərilərin şikayəti olub.

Bildirilir ki, problem səbəbindən indiyədək heç bir qəza və ya xəsarət qeydə alınmayıb.

Geri çağırılma 2023 “Tesla” “Model3” və 2020-2023 “Model Y” elektrik avtomobillərinə aiddir.

Qeyd edək ki, “Tesla” 30 minə yaxın “Model X” avtomobilini hava yastığı ilə bağlı problemə görə geri çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə