Azərbaycanlı hakimlər briqadası İtaliyanın oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb. SİA xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.

Qeyd edək ki, oyun iyunun 6-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə