Samir Abasov: "Bu vəziyyətdə onların qapısına getmək çətin idi"

"Həyəcanlı oyun keçdi. Oyunun taleyi hər saniyə həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Gücümüzü daha da artırıb, yaxşı komanda görəcəyik". SİA xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XI turunda evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, matç ərzində çox risk etməyiblər: "Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur".

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə