Merih Demiral 2 min türk ailəsinə ərzaq yardımı edəcəyini bildirib

"Yuventus"un türk futbolçusu Merih Demiral koronavirusa qarşı mübarizə kampaniyasına qoşulub.

SİA xəbər verir ki, o, bu barədə şəxsi Tvitter hesabında məlumat yayıb. 22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.

M.Demiral həmin ailələrin "Kızılay" cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə