Massimiliano Alleqri: "Ronaldo A Seriyasının bombardiri olmaq istəyir"
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Kriştiano Ronaldo haqda danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, portuqaliyalı hücumçunun A seriyasının ən yaxşı bombardiri olmaq istədiyini deyib: "Messi Ronaldo üçün yaxşı stimuldur. Bizi qarşıda derbi gözləyir. Messi klubu üçün 600-cü qolunu vurdu. Ronaldo da öz qol göstəricisini yaxşılaşdırmağa çalışacaq. O, A Seriyasının ən yaxşı bombardiri olmaq istəyir".
Qeyd edək ki, Ronaldo bu mövsüm ölkə çempionatında indiyə kimi 20 qol vurub. Hazırda A Seriyasında bombardirlər siyahısına 23 qolla "Sampdoriya"nın hücumusu Fabio Kvalyarella başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB