"Neftçi” PFK-nın U-19 komandası Gənclər Liqasında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, komanda 18-ci turda "Sumqayıt” üzərində 2:1 hesablı qələbə qazanıb. "Neftçi”nin qollarını Şıxmirzə Mikayılov və Elvin İmanlı vurublar.
U-13 komandası da turu qələbə ilə başa vurub. "Neftçi” U-13 Liqasının 16-cı turunda "Binə”ni 7:1 hesabı ilə məğlub edib. Murad Məmmədov və Nəbi Hacıyev dubla imza atıblar. Ömər Qurbanov, Rüfət Abbasov və Məhəmməd İsayev isə hərəyə bir dəfə fərqləniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB