"İstirahət edə bilmərik. Kayzerslauterndə 50 minə yaxın azarkeş önündə Azərbaycan millisini qəbul edəcəyik. Biz bu oyunda da qalib gəlmək niyyətindəyik". Qol.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya qalib gəldikləri oyundan (3:1) sonra keçirdiyi mətbuat konfransında deyib.
Bundestim oktyabrın 8-də milli komandamızı qəbul edəcək. Löv bu oyunda yeni futbolçulardan istifadə edəcəyini bildirib: "Heyətdə bir çox dəyişikliklər edəcəyik. Az şans qazanan futbolçular meydanda olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB