AZAL səfərdə "Neftçi"dən üstün oldu

AZAL səfərdə "Neftçi"dən üstün oldu

Topaz Premyer Liqasının XIV turu çərçivəsində AZAL "Neftçi"nin qonağı olub. SİA-nın məlumatına görə, "Dalğa Arena"da keçirilən oyunu Rauf Cabbarov idarə edib. Ona Mübariz Haşımov, Vüsal Qənbərov və Elman Musayev kömək edib. Matçın əlavə köməkçi hakimləri Elvin Əsgərov və Ramil Əhmədov olub.

Baş məşqçi Tərlan Əhmədov ilk "11"-likdə Aqil Məmmədov, Kamil Hüseynov, Tural Hümbətov, Emin Cəfərquliyev (k), Ruslan Əmircanov, İlqar Ələkbərov, Eltun Hüseynov, Rəşad Abdullayev, Kamal Mirzəyev, Mirzağa Hüseynpur və David Canelidzeyə şans verib. Ehtiyat oyunçular skamyasında Hossein Kamelqolamitussi, Qvanzav Maqomedov, Elşad Manafov, Röyal Nəcəfov, Nuqzar Kvirtiya, Aşkan Feyzi və Elnur Süleymanov gözləyib.

"Neftçi"nin heyətində meydana Boban Baykoviç, Jayro Rodriges, Eltun Yaqublu, Məqsəd İsayev, Rəhman Hacıyev (k), Fəhmin Muradbəyli, Rahil Məmmədov, Elvin Bədəlov, Edson Kastilya, Jonas Pesalli və Murad Ağayev çıxıb. Ehtiyatda isə Maksim Vaylo, Tərzin Cahangirov, Anton Krivotsyuk, Cavid İmamverdiyev, Mahir Şükürov, İbrahim Əliyev və Kamal Qurbanov olub.

Qarşılıqlı hücumlarla keçən görüşdə üstün tərəf qonaq komanda olub. Matçın 79-cu dəqiqəsində oyunun taleyini həll edən yeganə qol vurulub. "Təyyarəçilər"in heyətində David Canelidze fərqlənib. AZAL bu qolla qələbəni təmin edərək, aktivinə 3 xal yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə