Azərbaycan üzgüçüsü Dmitri Saleh final mərhələsində

Azərbaycan üzgüçüsü Dmitri Saleh final mərhələsində

Sentyabrın 13-də "Rio-2016" XV Yay Paralimpiya Oyunlarının altıncı günündə Azərbaycan üzgüçüsü Dmitri Saleh 100 metr brass üsulunda mükafat uğrunda yarışa qoşulub.

Uğurla çıxış edən atletimiz 1,08,68 nəticə göstərərək finala vəsiqə qazanıb. Final yarışları isə Bakı vaxtı ilə gecə saat 02:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə