AZAL-dan qollu heç-heçə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun ilk oyunu başa çatıb. SİA-nın məlumatına görə, AZAL doğma meydanda Gəncənin "Kəpəz" klubu ilə qarşılaşıb. Fariz Yusifovun idarə etdiyi oyunun 82-ci dəqiqəsində qonaqlar hesabı açıblar. Julien Ebah komandasını önə keçirib. Bundan 6 dəqiqə sonra isə "təyyarəçilər" hesabı bərabərləşdiriblər. Bu dəfə Tagim Novruzov fərqlənib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu gün XII tur çərçivəsində "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Tura sabah keçiriləcək "Xəzər Lənkəran" – "Qarabağ", "Neftçi" – "Rəvan" və noyabrın 9-da baş tutacaq "Qəbələ" – "İnter" matçı ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə