Dünya kuboku yarışları Azərbaycan millisi üçün başa çatıb

Dünya kuboku yarışları Azərbaycan millisi üçün başa çatıb

ABŞ-ın Fort-Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə dünya kuboku yarışları Azərbaycan millisi üçün başa çatıb. Siasport.az saytının məlumatına görə, idmançımız Ruslan Lunyovun son cəhdi də uğursuz alınıb. Belə ki, 10 metr məsafəyə atəş açma yarışlarında 25-ci olan snayperimiz 25 metr məsafədən də hədəfi dəqiq nişan ala bilməyib. O, bu dəfə 19-cu yeri tutub.

Qeyd edək ki, R.Lunyovdan əvvəl İradə Aşumova çıxışını bitirib. Olimpiya mükafatçımız 10 metr məsafəyə atəş açmada 32-ci, 25 metr məsafədən hədəfi nişan almada 14-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə