"Kəpəz"lə keçirilən yoxlama görüşündən sonra "Simurq"un baş məşqçisi Georgi Çixradze matç haqqında fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, gürcü mütəxəssis bu matçın "Qarabağ"la qarşılaşmaya hazırlıq baxımından önəmli rol oynadığını bildirib: "Bu günkü oyun bizim "Qarabağ"la keçirdəcəyimiz rəsmi qarşılaşmaya hazırlıq baxımından önəmli rol oynayırdı. Çempionatda yaranmış fasilə ilə əlaqədar yetirmələrimin oyun praktikasını itirməməsi üçün bü cür yoxlama görüşü keçirməyi məsləhət bildik.
Oyun haqqında isə onu deyə bilərəm ki, çox templi və maraqlı keçdi. Birinci və ikinci hissədə fərqli-fərqli heyətləri meydana buraxdım. Yoxlama görüşü olmasına baxmayaraq futbolçularımdan bu qarşılaşmaya çox ciddi yanaşmalarını istəmişdim. Oyundan qabaq verdiyim tapşırıqları tam olaraq yerinə yetirməyə çalışdılar. İndi isə bizi qarşıda çətin oyun gözləyir. Bu qarşılaşmaya tam gücümüzlə hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB