Rusiyanın Sankt-Peterburq şəhərində şərq-qərb döyüş sənətlərinin VI olimpiadası keçirilib. Siaaport.az saytının məlumatına görə, 44 ölkənin idmançılarının qatıldığı yarışda Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən ezam olunmuş "Neftçi" İSM-in iki idmançısı Mustafa Məmmədov və İlkin Qurbanov uşu növü üzrə yüksək nəticələr göstərib.
Məlumat üçün bildirək ki, yeniyetmə və gənclər arasında Mustafa Məmmədov daoşu üzrə (əyri qılınc texnikası) I yerə, duylən üzrə (qarşılıqlı döyüş) II yerə, şuanbin üzrə (9 halqalı zəncir) III yerə, kişilər arasında İlkin Qurbanov şuanbin və duylən üzrə II yerə, qunşu üzrə (ağac texnikası) III yerə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB