"Fənərbağça" Bakıya gəlir - biletlər bu gündən satışa çıxır

"Fənərbağça" Bakıya gəlir - biletlər bu gündən satışa çıxır

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, matçın biletləri bu gündən etibarən satışa çıxarılacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə