"Neftçi" yeni hücumçu transfer edib

"Neftçi" yeni hücumçu transfer edib

"Neftçi" yeni hücumçu transfer edib. Klubdan SİA-ya verilən məlumata görə, "ağ-qaralar" Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.

Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke, sözügedən çempionatda "Qnistan"ın heyətində bu mövsüm 22 oyunun hər birində meydana çıxıb.

2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard "Qnistan"da 13 qolla bombardir olub. 28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2+1 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 26 nömrəli formanı geyinəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə