Qazaxıstan millisinin voleybolçusu Sergey Kuznetsov karyerasını Azərbaycanda davam etdirəcək - İDMAN
Azərbaycan Yüksək Liqasında çıxış edən kişilərdən ibarət "Murov Az Terminal" komandası yeni voleybolçu ilə anlaşıb. SİA xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qazaxıstanlı toppaylayıcı Sergey Kuznetsovla müqavilə imzalanıb.
Xatırladaq ki, son olaraq Rusiyanın "Kuzbass" (Kemerovo) klubunda çıxış etmiş 32 yaşlı oyunçu Qazaxıstan millisinin də formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB