'Mançester Siti”nin hücumçusu Erlinq Haaland klub karyerasında 300-cü qolunu vurub. SİA xəbər verir ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının 3-cü turunda “Koventri” ilə keçirilən matçda yubiley qoluna imza atıb. Haaland ilk hissədə Antuan Semenyonun ötürməsini başla dəqiq tamamlayaraq “şəhərlilər”i hesabda önə keçirib - 1:0.
Xatırladaq ki, 26 yaşlı hücumçunun “Mançester Siti”nin heyətində vurduğu qolların sayı 165-ə çatıb. O, bundan əvvəl Dortmund “Borussiya”sında 86, “Zaltsburq”da 29, “Molde”də isə 20 qol vurub. Beləliklə, Haaland dörd klubun formasında ümumilikdə 300 qol vurub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB