UEFA "Fənərbağça" və "Lion"un cəzalarını AÇIQLADI

UEFA "Fənərbağça" və "Lion"un cəzalarını AÇIQLADI

UEFA-nın Nizam-İntizam, Etika və Nəzarət Komitəsi Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin "Fənərbağça" və Fransanın "Lion" komandaları arasında keçirilən oyundan sonra baş verən insidentlə bağlı qərar qəbul edib.

SİA xəbər verir ki, İstanbul kollektivinin yarımmüdafiəçisi Matteo Genduzi 4, Liqa 1 təmsilçisinin qapıçılar üzrə məşqçisi Antonio Ferreyra isə 5 oyunluq diskvalifikasiya edilib.

Ferreyranın cəzasının 2 oyunu şərti xarakter daşıyır və onun üçün 1 illik sınaq müddəti müəyyənləşdirilib. "Fənərbağça"nın ingiltərəli vingeri Meyson Qrinvud isə 1 oyunluq şərti diskvalifikasiya olunub.

UEFA klublara və futbolçulara maliyyə cərimələri də tətbiq edib. "Lion" 108,5 min, "Fənərbağça" 95 min, Genduzi isə 30 min avro cərimələnib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə