Voleybol millimiz Türkiyə yığmasına uduzdu

Voleybol millimiz Türkiyə yığmasına uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib. Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.

İstanbuldakı “Sinan Erdem” idman zalında keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).

Azərbaycan millisi C qrupunda keçirdiyi oyunlardan sonra 8 xal toplayaraq üçüncü pilləni tutub və pley-offa vəsiqə qazanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə