"Neftçi" xorvatiyalı futbolçunu transfer etdi

"Neftçi" xorvatiyalı futbolçunu transfer etdi

Neftçi" növbəti transferini rəsmiləşdirib. SİA xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Ağ-qaralar” xorvatiyalı Viçko Şevel ilə 3 illik müqavilə bağlayıb. 25 yaşlı futbolçu 88 nömrəli formanı geyinəcək.

Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə