Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

Azərbaycanı Avropa çempionatında 14 cüdoçu təmsil edəcək

Sentyabrın 3–6-da Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Cüdo Federasiyasından SİA-ya bildirilib ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.

Heyətlər:

Qızlar

48 kiloqram

Nərgiz Əhmədova

Gülgəz Musayeva

52 kiloqram

Aysun Məmmədova

57 kiloqram

Aytən Verdiyeva

Xədicə Qədəşova

Oğlanlar

60 kiloqram

Ayxan Mirzəzadə

66 kiloqram

Məhəmməd Musayev

73 kiloqram

Əbil Yusubov

81 kiloqram

Cəsur İbadlı

Mehdi Abbasov

90 kiloqram

Aslan Kotsoyev

Süleyman Şükürov

100 kiloqram

Davud Namazlı

+100 kiloqram

Ramazan Əhmədov.

Bütün xəbərlər Facebook səhifəmizdə