Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsüm başlayıb. Dortmund "Borussiya"sı Bundesliqanın 2026/27 mövsümünün ilk turunda doğma meydanda "Hamburq"la qarşılaşıb. Ev sahibi komanda 2:0 hesabı ilə qalib gəlib.
Artıq 9-cu dəqiqədə Seru Girassi "arılar"ı hesabda önə keçirib. Fasilə ərəfəsində Sebastian Bornaunun avtoqolu Dortmund təmsilçisinin üstünlüyünü artırıb.
İkinci hissədə hesab dəyişməyib. Qeyd edək ki, "Borussiya" Samuele İnaçionun qırmızı vərəqə almasından sonra qarşılaşmanı azlıqda başa vurub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB