2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna şəhərində keçiriləcək. Bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF) məlumat yayıb. Məlumata görə, müvafiq razılaşma BCF və İsveçrə Cüdo Federasiyası arasında imzalanıb.
"Beynəlxalq Cüdo Federasiyası tərəfindən İsveçrəyə göstərilən etimad həm şərəf, həm də məsuliyyətdir. 2026 və 2027-ci illərin Böyük Dəbilqə turnirlərindən sonra 2028-ci il dünya çempionatı bizə cüdonu bütün aspektləri ilə inkişaf etdirməyə imkan verəcək... Biz istəyirik ki, bu hadisə Lozannanın, Vo kantonunun və bütövlükdə İsveçrə cüdosunun tarixində silinməz iz buraxsın", - İsveçrə Cüdo Federasiyasının prezidenti Sergey Aşvanden deyib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB