...“Real Madridin” baş məşqçisi Joze Mourinyo yüksək səviyyəli oyunçuların məşqçinin performansına təsiri barədə danışıb.
…Müstəsna oyunçularınız olduqda, onlar məşqçini dahi göstərirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mourinyo “The Touchline”-a istinadən bildirib.
Qeyd edək ki, portuqaliyalı məşqçi bu yay ikinci dəfə Madrid klubuna rəhbərlik edib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"i çalışdırıb və komanda İspaniya liqasını, Kral Kubokunu və İspaniya Super Kubokunu qazanıb.
La Liqanın iki turundan sonra "Real Madrid" altı xalla La Liqa turnir cədvəlində üçüncü yerdədir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB