"Bu gecə yaşananları sözlə ifadə etmək çətindir. Möhtəşəm atmosfer var idi. Azarkeşlərimizə minnətdaram, hər birini qucaqlayıram. Futbolçularım bu gün çox ağır işin öhdəsindən gəldilər. Onlarla fəxr edirəm."
xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı keçirilən cavab oyunundan sonra (5:2) təşkil olunan mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, “Sabah” karyerası ərzində çalışdırdığı ən yaxşı komandadır: “Artıq dünyanın ən nüfuzlu futbol turnirinin əsas mərhələsində oynayacağıq. Hazırda özümü dünyanın ən xoşbəxt baş məşqçisi hesab edirəm”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB