"Şəfa" Arsen Ağcabəyovu heyətinə qatdığını açıqlayıb

"Şəfa" daha bir futbolçu transferini rəsmiləşdirib.

SİA xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb.

25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.

O, son olaraq "Şamaxı"da çıxış edib. "Sabah"ın da üzvü olmuş azərbaycanlı futbolçu müxtəlif vaxtlarda icarə əsasında "Səbail" və "Sumqayıt"ın formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə