Mikayıl Cabbarovdan çempion olan idmançıya TƏBRİK MESAJI

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edib. SİA xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb. "Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq tarix yazan Ülviyyə Musayevanı ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

O, U-15 Avropa çempionatlarında qadınlar arasında ilk dəfə qızıl medal qazanan azərbaycanlı Ü. Musayevanın böyük zəhmət, iradə və qələbəyə inam nümayiş etdirdiyini qabardıb:

"Bu qələbədə əməyi olan məşqçiləri və hər zaman onun yanında olan valideynlərini də təbrik edirik. Ülviyyəyə gələcək yarışlarda yeni qələbələr, daha böyük arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırmağı arzulayırıq".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə