Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir. Bu yarışdan Azərbaycanla bağlı xoş xəbər gəlib. SİA xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub. Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB