"Qəbələ" pley-off mərhələsində bu rəqiblə qarşılaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib. Belə ki, I Liqanın sonuncu - XXVII turunda "Səbail"i məğlub edən "Mingəçevir" "Qəbələ"yə rəqib olub.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Mingəçevir" turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb. "Səbail" isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.

Beləliklə, I Liqada ikinci yeri tutan bölgə təmsilçisi Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə