Qadın güləşçimiz Avropa çempionatında finala yüksəlib

Azərbaycanın qadın güləşi üzrə U-15 millisinin üzvü Ülviyyə Musayeva (33 kq) Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. Təmsilçimiz polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə vuraraq "tuş"la qələbə qazanıb. Həmyerlimiz bu gün finalda türkiyəli Yağmur Minazla güləşəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə