Bu gün futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.

SİA xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan"la "Neftçi" İK üz-üzə gələcək.

Matç Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

Final

21 may

16:00. "Araz-Naxçıvan" – "Neftçi İK"

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.

Ehtiyat hakim: İmran Məhərrəmov.

Hakim-inspektor: Əfqan Həmzəyev.

Bakı İdman Sarayı

İndiyədək "Neftçi" İK 7, "Araz-Naxçıvan" isə 6 dəfə ölkə kubokunun qalibi olub.

Xatırladaq ki, mayın 18-də bu komandalar arasında baş tutan Yüksək Liqanın həlledici matçında "Araz-Naxçıvan" 5:2 hesablı qələbə qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə