"Biz "Neftçi"yik, bizə qələbə yaraşır" - baş məşqçi

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının XXXII turunda "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransında mühüm fikirlər səsləndirib. Mütəxəssis UEFA Konfrans Liqasına vəsiqə qazanmaları barədə danışıb: "Bura gələndə qarşıma "Neftçi"nin avrokuboklara vəsiqə qazanması vəzifəsi qoyulmuşdu. Bilirdim ki, dördüncü pillədən çox uzaqdayıq. Gəldiyim ərəfədə Premyer Liqada qış fasiləsi yarandı. Elə oldu ki, toplanışa yollandıq və komandanın hər bir üzvü ilə fərdi tanış olmaq imkanı əldə etdim.
Onlarla söhbət etdim. Lakin çətin olacağını bilirdim. Biz çox çalışmalı idik. Çox çalışdıq da. Tanrı səni əziyyətinə görə mükafatlandırır. Bu gün çox xoşbəxtəm. Biz "Neftçi"yik, bizə qələbə yaraşır".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə