"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
SİA xəbər verir ki, klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi beninli cinah oyunçusu Abdul Raşid Mumini ilə 3 illik müqavilə imzalayıb. 20 yaşlı futbolçu yeni komandasında "25" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" buna qədər heyətini Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviçlə gücləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə