Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində iki gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində iki gümüş medal qazanıb. Azərbaycan Ağırlıqqaldırma Federasiyasından SİA-ya bildirilib ki, son yarış günü U-15 kateqoriyasında mübarizəyə qoşulan 88 kiloqram çəki dərəcəsində yarışan idmançı birdən qaldırma hərəkətində 122 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, təkanla qaldırma hərəkətində isə 147 kiloqram çəkini başı üzərinə qaldırıb. Beləliklə, iki hərəkətin cəmində 269 kiloqram nəticəyə imza atan atlet yarışın gümüş medalını qazanıb.

Bu çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Ayxan Məmmədov isə toplamda 218 kiloqram (102+116) nəticə göstərərək, Avropa birinciliyini 6-cı pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə