"Fənərbağça" Nelson Semedonu transfer edib

"Vulverhempton" klubunun və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Nelson Semedo Türkiyənin "Fənərbağça" klubuna keçib. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano yazıb. Romano bildirib ki, portuqaliyalı oyunçunun olduğu təyyarə artıq İstanbula üz tutub. İnsayder əlavə edib ki, PSJ-yə məxsus Milan Şkrinyarın transferində olduğu kimi, bu transferdə də "Fənərbağça"nın idman direktoru Devin Özekin payı böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə