"Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək

"Neftçi"nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda ilk oyununu keçirəcək. SİA xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Türkiyənin "Fomget" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Albaniyanın paytaxtı Tiranada keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək matçı isveçli Hanna Layanen idarə edəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, IV qrup

20:00. "Fomget" (Türkiyə) - "Neftçi"

Baş hakim: Hanna Layanen (İsveç).

Tirana. "House of Football Natural Pitch" stadionu

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarət olacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə üstün olacaq tərəf II təsnifat mərhələsinə adlayaca

Bütün xəbərlər Facebook səhifəmizdə