Daniel Quiza 44 yaşında yeddinci Liqa klubuna keçib

İspaniya millisinin və Türkiyənin "Fənərbağça" komandasının sabiq futbolçusu Daniel Quiza özünə yeni komanda tapıb.

SİA xəbər verir ki, 44 yaşlı hücumçu İspaniya VII Liqasında mübarizə aparan "Rayo Sanluqeno" klubuna keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Daniel Quiza 2008-2011-ci illərə "Fənərbağça"da çıxış edib. O, İspaniya millisinin heyətində 21 oyunda 6 qolla yadda qalıb, eləcə də 2008-ci ildə yığmanın heyətində Avropa çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə