Azərbaycanın gənc boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın gənc boksçuları (U-19) Almaniyada keçiriləcək “Brandenburq Kuboku”nda iştirak edəcəklər. Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.
Ölkəmizi turnirdə 4 idmançı təmsil edəcək.
Baş məşqçi Elbrus Rzayevlə məşqçi Yadigar Məmmədov Frankfurtda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və Məhəmməd Cəfərova (+90 kq) şans verəcək.
ABF-nin baş katibi Nağı Səfərov da komanda ilə birgə “Brandenburq Kuboku”na yollanıb. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.
Qeyd edək ki, iyulun 30-da startı veriləcək yarış 4 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                    .jpg) 
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB