Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" oyunçusu Obri Makelpin ilə müqavilənin müddətini uzadıb. Bu barədə SİA-ya 36 yaşlı amerikalı basketbolçu özü məlumat verib. O, Bakı təmsilçisi ilə 1 illik yeni müqavilə imzaladığını söyləyib.
Qeyd edək ki, “Abşeron Lions” ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubunu məğlub edəcəyi halda H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) komandaları ilə mübarizə aparacaq. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə